Bakının bu ərazisində yollar qardan təmizləndi

 12:10 24.02.2025     159

Dünən Bakıda qar yağsa da, bu gün səhər saatlarında Buzovna ərazisində yolların vəziyyətinin normal olması müşahidə edilib.

Redaktor.az-ın əməkdaşının verdiyi məlumata görə, aidiyyəti qurumlar yolları qardan təmizləyib və nəqliyyatın və piyadaların hərəkətində problem olmayıb. Avtobusların hərəkətində də gecikmə müşahidə olunmayıb.

Qeyd edək ki, ötən həftə qar səbəbindən sözügedən qəsəbədə avtobuslar gec-gec fəaliyyət göstərmişdi.

Aytəkin TOFİQQIZI