Hansı illərdə Bakıya güclü qar yağıb? - ARAŞDIRMA

 18:51 24.02.2025     112

Hər il Azərbaycanın dağlıq və dağətəyi rayonlarına qar yağsa da, Bakıda intensiv qar yağışı nadir hallarda qeydə alınır.

Redaktor.az xəbər verir ki, son 20 ildə paytaxtda ən güclü qar 2002-ci il dekabrın 11-də yağıb. Həmin gün qarın hündürlüyü 50 sm-ə çatıb.

2008-ci il yanvarın 8-də isə qar örtüyü 44 sm təşkil edib.

2011-ci ildə Bakıda ən erkən və şiddətli qar noyabrın 7-də, daha sonra noyabrın 24-25-də müşahidə olunub. 

Son illərdə bunların daha yüngül forması 2012-2015 illəri aralığında baş verib.

Qeyd edək ki, paytaxtda qar yağışları daha az qeydə alınır ki, bu da iqlim dəyişikliyi və atmosfer yağıntılarının azalması ilə əlaqələndirilir.

Türkan İSGƏNDƏRLİ