Bu istiqamətə avtobus reysləri bərpa ediləcək

 19:14 24.02.2025     83

Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə avtobus reysləri bərpa ediləcək.

Bu barədə Redaktor.az-a Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Avtomobil Nəqliyyat Agentliyindən (NANA) məlumat verilib.

Məlumata əsasən, yollarda yaranmış kəskin buzlu və qarlı şəraitlə əlaqədar fevralın 25-dən etibarən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə sadəcə, səhər reysləri bərpa ediləcək.

Qeyd edilib ki, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar fevralın 22-də Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslar üzrə reyslər müvəqqəti dayandırılıb. Hər iki istiqamədə reyslərin tam bərpası hava şəraiti ilə əlaqədar tənzimlənəcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək.