Tanınmış bariatrik metabolik cərrah beynəlxalq konqresdə çıxış ETDİ

""9th İFSO -APC" Konqresində iştirakımız bitdi. Konqresə bir çıxış, bir moderator olaraq və yüzlərlə yeni biliklər, tanışlıqlar, dostluqlar əldə etməklə başa vurduq".
Redaktor.az xəbər verir ki, bu barədə bariatrik metabolik cərrah Dr.Taryel Ömərov "9th İFSO -APC" Konqresində iştirakından danışarkən şərh edib.
"Yeni biliklər, yeni metodlar və ən əsası isə Bariatrik Metabolik cərrahiyyəmizi Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Yauland , İran, Avtraliya, Filiipin, Tayvan Yeni Zellandiya və s bu kimi dövlətlərin iştirakı ilə formalaşan Konqresdə təmsil etdik. Baxmayaraq ki, 2008 -ci ildən ölkə xaricində olan tədbirlərə ayaq açmışıq və 2012-ci ildən bu sahəni təbliğ edən kongreslərə daha çox üstünlük vermişəm, amma mənim üçün fərqli bir təəssürat yaratdı desəm yanılmaram".
Türkan İSGƏNDƏRLİ




