Sabah intensiv qar yağacaq, yollar buz bağlayacaq - Növbəti XƏBƏRDARLIQ

 16:21 25.02.2025     357

Fevralın 26-sı səhər dağlıq ərazilərdən başlayaraq 27-si gündüzədək ölkənin əksər rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, arabir intensivləşəcəyi gözlənilir.

Bu barədə Redaktor.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın minimal temperaturu Aran rayonlarında 2-7, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

Gözlənilən şaxtalı hava şəraiti ilə bağlı bəzi yollar buz bağlayacaq.