Pakistan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ETDİ

Pakistan Xocalı soyqırımı qurbanlarının xatirəsini faciəli hadisələrin 33-cü ildönümündə yad edib.
Redaktor.az xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin sosial şəbəkələrdə yazıb.
“Pakistan Azərbaycanla həmrəydir və Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir”, - diplomat qeyd edib.