Türkiyə XİN Xocalı soyqırımı qurbanlarının xatirəsini yad ETDİ

 10:37 26.02.2025     100

Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.

“33 il əvvəl Xocalıda qətlə yetirilmiş günahsız azərbaycanlı qardaşlarımızın xatirəsini rəhmət və ehtiramla yad edir, əziz Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq” , - paylaşımda qeyd edilib.