"Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz" - Teymur Musayev

Stomatoloji kabinetlərlə bağlı müraciət daxil olsa, yoxlamalar aparılacaq.
Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev bildirib.
"Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz", - nazir deyib.
Eyni zamanda, səhiyyə naziri qeyd edib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Səhiyyə Nazirliyi bölgələrdə həkim çatışmazlığının aradan qaldırılması üçün vahid strategiya hazırlayır (APA).