Baş nazir təyyarələrlə bağlı qərarı təsdiqlədi

 13:00 26.02.2025     145

Baş nazir Əli Əsədov “Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarını təsdiq edib.

Redaktor.az-ın məlumatına görə, qərarda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Aviasiya haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının 2.3.13-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Mülki hava gəmilərinə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).