"Bizə artıq böyük güclü dövlət kimi baxırlar" - Millət vəkili

 11:16 28.02.2025     141

"Avropa Parlamentindəkilərin də, ABŞ-də hay diasporuna muzdla xidmət edən konqresmenlərin də, Rusiya Dumasının üzvü Konstantin Zatulin kimi ünsürlərin də son günlər ölkəmiz əleyhinə səsləndirdikləri bəyanatlar və etdikləri çağırışlar heç gizlətmək istəmədikləri kimi həm də hərbi cinayətdə və terrorda suçlandırılan bir qrup “miatsumçu”nun Bakıda məhkəmə qarşısına çıxarılmalarıyla bağldır. Məhkəmdə verdikləri ifadələrdə onlardan biri  Qarabağda edilən vəhşiliklərin, Azərbaycan torpaqlarının işğalının arxasında SSRİ DTK-sinin, digəri Ermənistanın durduğunu deyir"

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib. 

"Bax, önümüzü kəsə bilmədiklərindən Avropa Parlamentindəkilər də, digərləri də bizə qarşı kin qusurlar, onların Azərbaycana nifrətlərinin səbəbi qazandığımız zəfər, əldə edtiyimiz uğurlardır. Azərbaycan güc tətbiqi ilə ədaləti təmin edib. Dünya bunu sindirə bilmir. Bizə artıq kiçik post-sovet dövləti kimi yox, böyük güclü dövlət kimi baxırlar. Önümüzü kəsə bilmədikləri üçün bizə kin qusurlar". 

Türkan İSGƏNDƏRLİ