Sabiq sədr müavininin vəzifəli qızı da işdən ÇIXARILDI

“Bakı Metropoliteni” QSC-nin Marketinq şöbəsinin rəhbəri Lalə Babayeva işdən çıxarılıb.
Redaktor.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov Əmr imzalayıb.
Xatırladaq ki, 6 il əvvəl L. Babayeva təmsil etdiyi qurumun problemlərinin səbəbi kimi kəndlərdən gələnləri göstərməklə sosial şəbəkələrdə narazılıq dalğası yaratmışdı. Belə ki, şərhlərindən birində “ças pik” sözünü yanlış yazanlara eyham vuraraq bildirmişdi: “Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı”. Daha sonra isə yazdıqlarının düzgün anlaşılmadığını deyərək üzr istəmişdi.
Qeyd edək ki, Lalə Babayeva 2014-2015-ci illərdə “Bakı Metropoliteni” QSC sədrinin müavini olmuş Zaur Babayevin qızıdır. Z. Babayev əvvəllər “Bakıelektrikşəbəkə” ASC-də çalışıb. O, “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə çalışıb və yaxın dostluqları ilə tanınırlar.