"Mirşahindən narazı olanların onun valideyinlərinə dil uzatması ayıbdır" - Xalq şairi

 12:35 04.03.2025     120

"Mirşahinin atasını da, anasını da yaxşı tanıyırdım. Hələ Yardımlıda yaşadığım illərdən…Halallıqla yaşayan, əxlaqlı, təmiz adamlardı".

Redaktor.az xəbər verir ki, bunu Xalq şairi Sabir Rüstəmxanlı özünün "Facebook" səhifəsində yazıb. 

"Belə adamlara atılan söz yapışmır, söz atanın “zəhməti” havayı gedir. Mirşahindən narazı olanların onun valideyinlərinə dil uzatması ayıbdır, insanlığa, adət-ənənlərimizə ziddir. Mirdilavər kişinin və bütün dünyadan köçənlərimizin məkanı cənnət olsun! Mirşahinə və yaxınlarına səbr diləyir və keçmiş olsun deyirəm", - deyə o, bildirib. 

Qeyd edək ki, dünən  Real TV-nin baş direktoru Mirşahin Ağayevin atası Mirdilavər Ağayev uzun sürən xəstəlikdən sonra 89 yaşında vəfat edib.

Vasif