Əli Əsədov yanğın baş verən əraziyə GETDİ

 12:22 05.03.2025     177

Baş nazir Əli Əsədov Neft Emalı Zavodunda yanğın baş vermiş əraziyə gəlib.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, o, yanğın baş verən əraziyə baxış keçirib, yanğının söndürülməsi prosesini müşahidə edib.

Qeyd edək ki, bu gün səhər Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın söndürülüb.