Vüqar Qurbanov bu xəstəxananın rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT

Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Rasim Əkbərov vəzifəsindən azad edilib.
Redaktor.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
TƏBİB sədrin digər əmri ilə Qənbərov Ravil Həbib oğlu sözügedən vəzifəyə təyin olunub.
Ravil Qənbərov bundan əvvəl xəstəxananın bazasında İlkin Səhiyyə Xidməti Tibb Mərkəzi rəhbəri olub.
Qeyd edək ki, Rasim Əkbərov 2014-cü ildən Yardımlı Rayon Mərkəzi Xəstəxanasının direktoru idi və eyni zamanda baş həkim vəzifəsini icra edirdi.