Bu prospektdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sabah saat 9:00-dan 9 mart saat 23:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektində (əsas yolda, hər iki istiqamətdə) nəqliyyat vasitələrinin hərəkəti zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, məhdudlaşdırılma Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədardır.
Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edir.