Milli Məclisin iclası başladı, gündəlikdə 14 məsələ VAR

 11:15 07.03.2025     166

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.

Redaktor.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 14 məsələnin müzakirəsi daxil edilib. 

İclasda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi, həmçinin bir neçə qanun layihələrinə dəyişikliklər müzakirə olunacaq.