Bu rayonlarımızda zəlzələ OLDU

 09:12 09.03.2025     155

Gecə saatlarında Lerik, Yardımlı və İsmayıllı rayonlarında zəlzələ baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, İsmayıllı rayonunda saat 04:01-də zəlzələ qeydə alınıb. Piriqulu stansiyasından 15 km şimal-qərbdə qeydə alınan zəlzələ 3,7 maqnitudada olub.

Zəlzələ ocağı Yerin 43 kilometr dərinliyində yerləşib.

Həmçinin saat 07:49-da, Yardımlı stansiyasından 11 km cənub-qərbdə, Lerik rayonunda da zəlzələ qeydə alınıb. 

Zəlzələ episentirdə 4, Lerik, Yardımlı və digər rayonlarda 3-4 bala qədər hiss olunub. 

Yerli vaxtla 07:49-da qeydə alınmış yeraltı təkanların ocağı 15 km dərinlikdə yerləşib.