Ermənistanın təcavüzü nəticəsində neçə Azərbaycan vətəndaşı itkin düşüb?

Ermənistanın təcavüzü nəticəsində 3 983 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında itkin düşmüş şəxslərin axtarışı üzrə qiymətləndirmə hesabatı”nın təqdimat mərasimində məlumat verilib.
Bildirilib ki, onlardan 3 977-si Birinci Qarabağ, 6-sı isə Vətən müharibəsində itkin düşüb. İtkinlərdən 3 209-u hərbçi, 774-ü mülki şəxsdir. Qeyd edilib ki, 3 983 nəfərdən 3 698-i kişi, 285-i qadındır.
Bildirilib ki, azad olunmuş ərazilərdə 2021-ci ilin fevral ayından etibarən aparılan qazıntı işləri nəticəsində 23 kütləvi məzarlıq müəyyən edilib.
Bu məzarlıqlardan ümumilikdə 187 nəfərin meyit qalıqları aşkarlanaraq istintaqa təhvil verilib. Ötən dövr ərzində ailələrdən bioloji nümunələrin götürülməsi davam etdirilib, DNT profilləri çıxarılıb. Həmin məzarlıqlarda itkin düşmüş azərbaycanlılara aid olan insan qalıqları aşkarlanıb.