Goranboyun icra başçısına müavin təyin EDİLDİ

 14:53 10.03.2025     540

Goranboy Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Redaktor.az banker.az-a istinadən xəbər verir ki,  RİH başçısı Məhərrəm Quliyevin əmri ilə Əliyev Zaur Valeh oğlu müavin təyin edilib.

O icra başçısının müavini vəzifəsi ilə bərabər – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışacaq.

Hazırda başçının digər Nazarov Seymur Fazil oğlu birinci müavin kimi fəaliyyət göstərir.