ADY-dən sürücü və piyadalara XƏBƏRDARLIQ

 19:18 12.03.2025     98

Dumanlı hava səbəbindən platformalarda, dəmir yolları və dəmiryol keçidləri ətrafında görmə bucağının və məsafəsinin azalması müşahidə olunur.

Redaktor.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat verib:

"Məhdud görmə şəraitində dəmiryol xətləri və keçidlərə yaxınlaşarkən, platformalarda gözləyərkən və hərəkət edərkən diqqətli olun, məhdudlaşdırıcı xətti keçməyin.

Dəmiryol keçidlərinə yaxınlaşan sürücülərə qatarın gəlmədiyinə və yolun aydın göründüyünə əmin olduqdan sonra hərəkəti davam etdirməyi tövsiyə edirik".