Nazir bölgələrdəki həkim çatışmazlığından DANIŞDI

 17:16 15.03.2025     98

Bölgələrdə həkim çatışmazlığı aradan qaldırılacaq.

Redaktor.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, gənc mütəxəssisləri bölgələrdə işləməyə həvəsləndirmək üçün bir mexanizm olmalıdır.

"Bu istiqamətdə müəyyən araşdırmalar aparılır və yaxın 6-8 həftə ərzində artıq son sənəd təqdim oluna bilər”, - nazir qeyd edib.