Siyavuş Novruzov əməliyyat olundu

 13:26 20.03.2025     154

Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov əməliyyat olunub.

Redaktor.az xəbər verir ki, Manset.az-ın məlumatına görə, deputat diz nahiyəsindən əməliyyat keçirib.

Siyavuş Novruzov idman edən zaman diz nahiyyəsini zədələyib.

O, dövlət xəstəxanalarından birində əməliyyat olunub. Hazırda palataya köçürülüb. Xəstəxanada müalicə prosesləri davam etdirilir.

Siyavuş Novruzov bu barədə məlumatı təsdiq edib.