Bank kartından pul oğurlayan şəxslər saxlanıldı

 13:37 20.03.2025     163

Bank kartından pul oğurlayan şəxslər saxlanıldı.

Bu barədə Redaktor.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Paytaxtın Xəzər rayonu ərazisində bir nəfərin bank kartından 2310 manat oğurlanması barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı S.Hüseynov müəyyən olunaraq saxlanılıb. Sumqayıt şəhərində də analoji hadisə baş verib. Qadına məxsus iki ədəd bank kartından ümumilikdə 791 manat talamaqda şübhəli bilinən 19 yaşlı S.Şıxıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.