Hafiz Həsənov ev dustağı edildi

Binəqədi Rayon Məhkəməsində "Hüquq və İnkişaf" İctimai Birliyinin sədri Hafiz Həsənov barəsində qətimkan tədbirinin seçilməsi üçün təqdimata baxılıb.
Redaktor.az xəbər verir ki, məhkəmə Hafiz Həsənov barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Qeyd edək ki, təqsirləndirilön şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.