Gədəbəydə qar uçqununda həlak olmuş əsgərlə vida mərasimi keçirildi - Fotolar

 12:30 22.03.2025     221

Gədəbəy rayonunda qar uçqunu nəticəsində həlak olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu ilə Bərdədə vida mərasimi keçirilib. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, rayon ictimaiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular iştirak edib.

Rüstəm Ruslan oğlu Həmidovun cənazəsi gecə saatlarında ailəsinə təhvil verilib.

Qeyd edək ki, o, nişanlı olub, hərbi xidmətdən tərxis olunmasına 10 gün qalırdı.

Xatırladaq ki, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun və əsgər Həmidov Rüstəm Ruslan oğlunun nəşləri aşkar edilib.

22