Aeroport yolunda qəza tıxaca səbəb OLDU

 16:12 25.03.2025     98

Suraxanı rayonu, Aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Redaktor.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, qəza səbəbilə həm Hava limanı, həm də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb.

Nəqliyyat sıxlığının aradan qaldırılması üçün işlər görülür.