“Heç vaxt “Melissa Group”un rəhbəri olmamışam”

 16:27 28.03.2025     379

Dünən Yasamalda qadının evini başına uçurulması ilə bağlı saytlarda yayımlanan materiallarda “Melissa Group”un rəhbəri kimi təqdim edilən şəxsin fotosu səhv verilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı fotoları dərc olunan Faiq Mehdiyev bakupost.az-a açıqlama verib.

O bildirib ki, o, vaxtilə “Melissa Group”da çalışıb, amma heç vaxt şirkətin rəhbəri olmayıb.

Qeyd edək ki, sözügedən görüntülərlə bağlı “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Fotoda: “Melissa Group”un rəhbəri Qabil Məmmədov