Azərbaycan Türkiyədən meyvə və tərəvəz məhsullarının idxalına çəkdiyi xərci 25 %-dən çox azaltdı

 16:59 31.03.2025     278

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 2,861 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.

Redaktor.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 25,4 % azdır.

Təkcə fevralda isə Türkiyə Azərbaycana 1,584 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 29,8 % azdır.

İki ayda Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 12,1 % azalaraq 410 milyonABŞ dollarına, fevralda isə 14,8 % azalaraq 199 milyon ABŞ dollarına enib.