Sabah Bakının iki rayonunda qaz OLMAYACAQ

 17:44 08.04.2025     324

Yasamal rayonu, Landau küçəsində qeyri-yaşayış binasına təbii qazın verilməsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dənizkənarı küçəsində qaz xəttinin korroziyaya uğramış hissəsinin yenisi ilə əvəz olunması məqsədi ilə 09.04.2025-ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan Redaktor.az-a verilən məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonu üzrə K.Kazımzadə, Ə.Ələkbərov, Landau, A.Sultanova, H.Cavid, M.Rahim küçələrinin, Xəzər rayonu üzrə isə R.Axundov, A.Mirzəyev, Dənizkənarı küçələrinin istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.