"Bu cinayətin təşkilatçıları tapılıb məsuliyyətə cəlb olunmalıdır"

 15:08 09.04.2025     409

“Ağdaban faciəsi Azərbaycanın son 30-35 ildə yaşadığı faciələrdən biridir. Ermənistanın Azərbaycana ərazi iddiaları çərçivəsində törətdiyi bu soyqırım dünya tarixində ən qəddar cinayətlərdən biridir”.

Bunu Redaktor.az-a açıqlamasında professor Qulu Məhərrəmli Ağdaban faciəsinin 33-cü ildönümündə bu haqda danışarkən deyib.

O, Azərbaycanda bir çox adamın bu faciədən məlumatı olmadığını təəssüflə qeyd edib:

“Tamamilə köməksiz, müdafiə hücumu olmayan, qəfil hücuma məruz qalan bir kənddə erməni  işğalçı qüvvələrinin təpədən-dırnağacan silahlanmış ordusunun  törətdiyi bu cinayət haqqında biz dünya ictimaiyyətinə təəssüf ki, lazım olan gerçəkləri çatdıra bilməmişik.

Bu kənddə törədilən qətliam, qadınların , uşaqların, qocaların kütləvi şəkildə qətlə yetirilməsi,  insanların didərgin düşməsi, özlərini qayadan atması, dəhşətli   bir zorakılığa məruz qalması əlbəttə ki, bəşəriyyətə qarşı törədilən bir faciədir.

İndi rahat nəfəs aldığımiz dövrdə Ağdabanda, Malbəylidə quşcularda və digər yerlərdə törədilən həmin o cinayətlər haqqında məlumatlar toplanmalı, kitablar yazılmalı filmlər çəkilməlidir. Bunlar hamısı böyük bir cinayət zəncirinin halqaları kimi bir- bir araşdırılmalıdır. Bu barədə ölkə  və beynəlxalq ictimaiyyətə  məlumat verilməlidi.  Erəmənistan və Azərbaycan   arasında   gedən danışıqlar  prosesində  əlbəttə, qoyulan məsələlərdən biri də Azərbaycana kompensiya ödənilməsidır və üzr istənilməsidir və sair. Bu Ağdaban faciəsi kimi faciələr üzr istəməklə yola verilə bilməz. Bu cinayətin təşkilatçıları tapılmalı,  cinayət məsuliyyətinə cəlb olunmalı, beynəlxalq tirubnallara veriməlidir ki, digərlərinə də dərs olsun.    Biz əlbəttə ki, bu məsələdə tarixçilərimin,  alimlərimizin və  bu işdə fədakarlıq göstən bütün  insanların gücündən istifadə etməliyik ki, Ağdaban facəsi haqqında bütün dünyaya car çəkə bilək”.

Vasif ƏLİHÜSEYN