Bu xəstəxanaya yeni baş həkim təyin OLUNDU

 09:59 11.04.2025     343

Emin Abbasov Salyan Rayon Mərkəzi Xəstəxanasının yeni baş həkimi təyin olunub.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, o, bu postda Yeganə Əliyevanı əvəz edib.

E.Abbasov bu təyinatadək Salyan Rayon Mərkəzi Xəstəxanasının acil şöbəsinin müdiri işləyib.