Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salındı - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun yenidən qurulan Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, Həsənriz kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə kəndə 20 ailə - 72 nəfərin köçürülməsi nəzərdə tutulub.