Xanlar Vəliyev hakim təyin EDİLDİ

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.
Redaktor.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında Xanlar Vəliyevin Konstitusiya Məhkəməsinin hakimi təyin olunması ilə bağlı məsələ müzakirə edilib.
Məsələ səsverməyə qoyularaq qəbul edilib.
Qeyd edək ki, Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti aprelin 8-də başa çatıb.