"Çiçək kimi ana dilimiz var, zibilləməyin, lütfən" - Millət vəkilindən haqlı irad

"Telekanallardan birində aparıcı məlum “uçan taksi” qəzasından danışır və bir neçə dəfə “şans eseri” sözünü təkrarlayır".
Redaktor.az xəbər verir ki, bunu millət vəkili Elçin Mirzəbəyli deyib. O, ana aparıcılara ana dilmizidə danışması mələhət görüb:
"Qeyd edim ki, “şans” fransızca “qarşılaşma”, “tale” anlamı verən “chance” sözündən götürülüb. “Eseri” isə ərəbcə “asar”, “aşar” (ayaq izi, iz) sözünün Mesrop Nişanyan tərəfindən təhrif olunmuş və çağdaş türkcəyə pərçimlənmiş “nümunə”sidir. Əgər kimlərsə, yenə də ərəbcədən gəlmə “təsadüfən” sözündən istifadə etmək istəmirsə, o zaman dilimizdə “gözlənilmədən” sözü var, yararlana bilər. Amma Mesrop Nişanyanın fransız və ərəb sözlərinin calağından ərsəyə gətirdiyi “şans eseri” kimi qondarma söz birləşmələrini və digər bu kimi qondarma sözcükləri təkrar-təkrar səsləndirib dilimizə gətirmək lazım deyil. Çiçək kimi ana dilimiz var, zibilləməyin, lütfən".
Vasif