Bəzi ərazilərdə suyun çəkilərək kənarlaşdırılması davam edir - FHN

 19:01 19.04.2025     103

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilib.

Bu barədə Redaktor.az-a FHN-dən bildirilib.

Hazırda bəzi ərazilərdə su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.