"İnsan hüquqları üstün hüquqi qüvvəyə malikdir" - Vəfaddin İbayev

 15:02 22.04.2025     185

“İlkin olaraq insan hüquqları dedikdə hüququşunaslar həm obyektiv, həm subyektiv yanaşırlar. Obyektiv dedikdə hüquq normalar sistemini nəzərdə tuturuq. Subyektiv dedikdə isə cəmiyyətin hər bir fərdinin hüquqa malik olması nəzərdə tutulur".

Redaktor.az xəbər verir ki, bu sözləri Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev media nümayəndələri üçün təşkil edilmiş məlumat sessiyasında bildirib.

“İnsan hüquqları ayrılmaz hüquqlardır. İnsan anadan olandan ona xas olan hüquqular bütün yaşam boyu onu müşahidə edir. Yaşam hüququ əqidəyə malik olmaq və s. İnsana məxsus hüquqlar bir qayda olaraq hər bir fərdin özü tərəfindən həyata keçirilməlidir”.

Vəfaddin İbayev bildirib ki, dövlət insanın köməkçisi olmalıdır. 

“Dövlət insan üçün təminat yaratmalıdır. İnsan hüquqları üstün hüquqi qüvvəyə malikdir. Dövlətin özünü də bir vaxtlar insanlar yaradıb”.

Aytəkin TOFİQQIZI

22