Xərçəngdən əziyyət çəkən şəhid qardaşına kömək lazımdır - FOTO

 14:34 24.04.2025     197

2016-cı il şanlı aprel döyüşlərinin şəhidi leytenan Qabil Orucəliyevin tək qardaşı İsa Orucəliyevdə xərçəng aşkarlanıb.

Redaktor.az xəbər verir ki, bu haqda məlumatı ailənin yaxını şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu verib:

“Atasız böyüyən Qabil Orucəliyevin 2016-cı il martın 29-da oğlu doğuldu, amma övladının üzünü görmədən 3 gün sonra aprel döyüşlərində şəhid oldu. Şəhid Qabil Orucəliyevin anasına, həyat yoldaşı və körpə balasına qardaşı 11 yaşlı İsa sahib çıxdı.

Hazırda İsa Naxçıvan Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. Qan xərçəngi diaqnozu qoyulub və ağır xəstəliklə mübarizə aparır. İsa Azərbaycan xalqına həm də şəhid leytenant Qabilin Orucəliyevin əmanətidir. İsanın yaşaması üçün kömək edin.

 Anası Nuriyyə xanım: +994 51 9831712 Hesab nömrəsi: 5239 1517 8703 0405

Vasif ƏLİHÜSEYN

Bir 3 nəfər şəkili ola bilərBir 1 nəfər, uşaq və papaq şəkili ola bilər