Azərbaycan süddən hazırlanmış yağların idxalını 42 %-ə yaxın artırdı

 15:22 26.04.2025     132

Bu ilin I rübündə Azərbaycana 7 685 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağın dəyəri 53 milyon 721 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 268 ton (41,8 %), dəyər baxımından isə 25 milyon 515 min ABŞ dolları (90,4 %) çoxdur.

Hesabat dövründə süddən hazırlanmış yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95 %-ni təşkil edib.