Azərbaycan düyü idxalına çəkdiyi xərci 15 %-dən çox azaltdı

 17:38 26.04.2025     147

Bu ilin I rübündə Azərbaycana 17 min 558ton düyü idxal edilib.

Redaktor.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə düyünün dəyəri 16 milyon 912 min ABŞ dollar təşkil edib.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 404 ton (7,4 %) çoxdur, dəyər baxımından isə 3 milyon 133 minABŞ dolları (15,6 %) azdır.

Hesabat dövründə düyü idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ni təşkil edib.