Bu avtobusların hərəkət sxemi DƏYİŞDİRİLDİ

 12:17 27.04.2025     287

Paytaxtın Hüseyn Cavid prospekti və Əbdürrəhim bəy Haqverdiyev küçəsinin kəsişməsində aparılacaq təmir işləri ilə əlaqədar, aprelin 27-də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Bu barədə Redaktor.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məhdudiyyət səbəbindən 3, 6, 10, 14, 17, 18 və 96 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti gün ərzində İnşaatçılar və Mətbuat prospektləri, Şəfaət Mehdiyev, Bəxtiyar Vahabzadə, Ayna Sultanova və Mikayıl Müşfiq küçələri ilə təşkil ediləcək.