Şəhid qardaşının toyu oldu - FOTO

Vətən müharibəsi şəhidimiz, tarzən Toğrul Hacıyevin qardaşı Ülvi Hacıyevin toyu olub.
Bu haqda Redaktor.az-a Ülvi Hacıyev özü məlumat verib. Toy mərasimində yaxın qohumlar və şəhid ailələri iştirak ediblər.
Qeyd edək ki, Toğrul Hacıyev 1996-ci il dekabrın 24-də orda anadan olub. O, Sulutəpədə 313 nömrəli məktəbdə təhsil alıb. Toğrul tar, qardşı Ülvi isə kamança musiqi alətini ifa etməyi öyrənib. Hər iki qardaş Azərbaycan Milli Konservatoriyasını bitiriblər. Toğrul daha sonra konservatoriyanın bakalavr pilləsində və daha sonra isə magistr pilləsində ali təhsil alıb. Onların müəllimləri Xalq artisti Elçin Həşimov və Səbuhi Cəfərov olub”.
Toğrul Vətən müharibəsi zamanı əsgərlikdə olarkən Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Toğrul Rüfət oğlu Hacıyev ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN