Bu ərazilərdə 3 gün su olmayacaq - XƏBƏRDARLIQ

 15:51 30.04.2025     262

1-3 may tarixlərində Sumqayıt şəhərini içməli su ilə təchiz edən kəmərdə aparılacaq təmir işləri ilə əlaqədar şəhərin bəzi hissələrinə, Müşfiqabad, Altyalı, 28 May qəsəbələrinin bir hissəsinə suyun verilməsində fasilə yaranacaq.

Bu barədə Redaktor.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

"3 may axşam saatlarından etibarən işlər yekunlaşdırılacaq və suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək", - məlumatda deyilir.