Deputatlar sabah bu məsələni də müzakirəyə ÇIXARACAQ

 17:07 30.04.2025     287

Milli Məclisin sabah keçiriləcək plenar iclasının gündəliyinə dəyişiklik edilib.

Redaktor.az xəbər verir ki, iclasın gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisinin Qərarı haqqında" məsələ daxil edilib.

Bu məsələ baş prokuror Kamran Əliyevin səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

Kamran Əliyevin səlahiyyət müddətinin daha 5 il uzadılması gözlənilir.

Qeyd edək ki, “Prokurorluq haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının baş prokurorunun səlahiyyət müddəti beş ildir. Kamran Əliyev 1 may 2020-ci ildən baş prokuror vəzifəsini icra edir.