Azərbaycanda yeni qadağa qüvvəyə mindi - BU GÜNDƏN...

 11:32 01.05.2025     162

Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir.

Redaktor.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

Moratorium sentyabrın 1-dək davam edəcək.