“Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü” qaliblərə təqdim edildi - FOTO

Bu gün – mayın 1-də Bakıdakı “Word Business” mərkəzində “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) təsis etdiyi “RAMİZ ƏSKƏR-TÜRK DÜNYASINA XİDMƏT ÖDÜLÜ”nün qaliblərinin mükafatlandırılması və CASCFEN-in türk dünyasına yönəlik fəaliyyətinə dəstək verən media orqanlarına Təşəkkür Bəlgəsinin təqdimat mərasimi keçirilib.
Redaktor.az xəbər verir ki, tədbirdə media, qeyri-hökumət təşkilatlarının nümayəndələri və ədəbiyyat-tarix sahəsində fərqlənənlər mükafatlandırılıb.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir İsmayılov şəhidlərin ruhuna bir dəqiqəlik sükut və dövlət himninin səsləndirilməsindən sonra tədbiri açıq elan edib.
Tədbir zamanı mərhum professor Ramiz Əskərin yaradıcılıq fəaliyyəti və həyatı ilə bağlı çıxışlar edilib.
Ümumilikdə 8 nəfər “Ramiz Əsgər – Türk Dünyasına Xidmət Ödülü” ilə təltif edilib.
Mükafatları Mətbuat Şurasının sədri Rəşad Məcid, deputat Vüqar İskəndərov və CASCFEN-in rəhbəri Nadir İsmayılov təqdim edib.
Tədbirin sonunda isə media orqanlarına Təşəkkür Bəlgəsi təqdim olunub. Təltif olunan media qurumları arasında Redaktor.az saytı da var.
Aytəkin TOFİQQIZI













