"O əzarilərdə kütləvi məzarlıqlar çox sayda olacaq" - Elman Məmmədov

İşğaldan azad edilən ərazilərimizdə aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb.
Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisdə Xocalını təmsil edən deputat Elman Məmmədov bildirdi ki, 7 nəfərim kütləvi məzarlığı tapılan yer Xocalı rayonu ərazisidir.
"Əsgərən qəsəbəsi ilə Xocalı şəhəri arasında yol kənarında aşkarlanıb. O ərazilərdə yolun yenidən qurulması işləri aparılır. Qazıntı zamanı məzarlıqlar aşkarlanıb. O ərazilərdə hesab edirəm ki, kütləvi məzarlıqlar çox sayda olacaq. Çünki bu vəhşilər, işğalçılar, terrorçular o dövrdə insanlarımızı kütləvi şəkildə məhv edib, divan tutublar və qətlə yetiriblər", - deyə Elman Məmmədov bildirdi.
Aytəkin TOFİQQIZI