"Avtobus zolaqları ilk vaxtlar qəbul olunmurdu" - AYNA rəsmisi

“AYNA olaraq hamının diqqət məkəzindəyik. Son illər sosial mediada və ənənəvi mediada maraq yaradan qurumuq”.
Redaktor.az xəbər verir ki, bu fikirləri Azərbaycan Yerüstü Nəüliyyat Agentliyinin (AYNA) Kommnukasiya departamentinin direktoru Vəli Məmmədov bildirib.
"Səbəb odur ki, fəaliyyət sahəmiz genişdir. Bir çox sektorlara təsir göstəririk. Yükdaşıma sahəsində hazırda 14 minə yaxın yük avtomobilləri fəaliyyət göstərir. Bu 2022-ci ildən təxminən 10 min ədəd artm deməkdir. Bu da yeni iş yerləri deməkdir. 2200 avtobus Bakı şəhərində fəaliyyət göstərir, bu da gün ərzində 1 milyondan çox sərnişin danışması deməkdir.
Əldə etdiyimiz müsbət nəticələr avtobus zolağı ilə əlaqəli olub. Burada medianın dəstəyi bizə çox olub. Avtobus zolaqları ilk vaxtlar qəbul olunmurdu. Son dövlərdə görürük ki, əhali bunu indi qəbul edir.
2030-cu ilə qədər Bakının 30 ən yaxşı şəhər sırasına qoşulması ümumi yanaşmadır. Bunun üçün nəqliyyat gözəlləşdirilməlidir", - deyə o vurğulayıb.
Aytəkin TOFİQQIZI