"Hər bir vətəndaşın həyatında varıq" - AYNA

"Böhran baş veribsə, ən azı 24 saat ərzində məsələ ilə bağlı monitorinq eləmək lazmıdr. Səhvləri etiraf etmək bəlkə də böhranın əsas göstəricilərindəndir. Problem varsa, onu bildirmək, qəbul etmək, üzərində çalışmaq lazmdır. Dərhal həll olunan məsələdirsə AYNA olaraq həll edirik".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəüliyyat Agentliyinin (AYNA) Kommnukasiya departamentinin direktoru Vəli Məmmədov bildirib.
"Bəzən bizdən aslı olmayaraq böhran yaranır və əlaqəli qurumlarla fəaliyyət göstəririk. Demək olar ki, hər bir vətəndaşın həyatında varıq. İş olan yerdə fikirlər formalaşır. Böhranı idarə etmək bəzən çətin olur. Bu reallıqdır. Əsas məsələ bundan həmin qurum tərəfindən dərs çıxarılmasıdır", - deyə o əlavə edib.
Aytəkin TOFİQQIZI