"İnsan hansı mobil vasitələrdən istifadə edirsə, təhlükələrindən xəbərdar olmalıdır"

"Kiberməkanda rəqamsal cəmiyyət dedikdə təhlükələr, yol verilən hüququ pozuntular dövlət qurumlarının nəzərindədir. Bu dövlət qurumlarınlın işinin effektliyini göstərir".
Redaktor.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Baş prokrorluğunun Mətbuat xidmətinin rəhbəri Saleh Hacıyev deyib:
"İlkin olaraq hər şey insanın özündən, məlumatlılıqdan başlayır. İnsan hansı mobil vasitələrdən istifadə edirsə, təhlükələrindən xəbərdar olmalıdır. Kibercinayətləri rəqəmsal məkanda törədilən cinayətlərdən fərqləndirməliyik. Kibercinayətkarlıq məlumatların oğurlanmasıdır. Rəqəmsal məkanda istənilən cinayət etmək olar. İstehlakçı hüquqlarının pozulmasınl nümunə göstərə bilərik.
Qanunvericilik birmənalı olaraq göstərir ki, dezinfornasiyanın yayılması cəmiyyət üzvləri arasında çaşqınlıq yaradılması məsuliyyətə səbəb olur. Bu qanunda göstərilir".
Aytəkin TOFİQQIZI