"Çox bahalı prosedurlar var, gərəkirsə, millətimə müraciət edəcəm" - Əvəz Zeynallı Ankaradan yazdı

 11:17 04.05.2025     203

"Ankaradayam. Gəncliyimin, tələbəliyimin, böyük arzularımn şəhərində. 34 il əvvəl dünyanı və Azərbaycanı dəyişdirmək niyyəti ilə gəldiyim bu şəhərə indi canımı və ağrılarımı götürüb gəlmişəm".

Redaktor.az xəbər verir ki, bunu həbsdən yeni azad olunan jurnalist Əvəz Zeynallı deyib. Xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Ankarada xəstəxanada müalicərinin başlayacağını bildirib:

"Əziz millətim! Sabahdan müayinələr və ardınca müalicələr başlayacaq. Məndən narahat olan çox insan var və onlar işin maliyyə tərəfi və onun necə olacağı ilə maraqlanırlar. Hələ heç nə bilmirəm. Bircə şey bilirəm ki, çox bahalı və məsrəfli prosedurlar var. Nəticələr məlum olan kimi paylaşacam. Gərəkirsə, millətimə müraciət edəcəm. Mənim millətimdən başqa kimim var ki. Sizi Böyük Atatürkün və Məhəmməd Əmin Rəsulzadənin şəhərindən salamlayır, bağrıma basıram". 

Vasif